...

Türkiyəli tədqiqatçı: Şərqi Anadoluda 10-a yaxın türk məzarı tapılıb, amma dünya susur

Siyasət Materials 23 Aprel 2015 12:05 (UTC +04:00)
Dünyanın müxtəlif ölkələrinin parlamentləri saxta “erməni soyqırımı” ilə bağlı qərarlar qəbul edir və bundan Türkiyəyə qarşı təzyiq kimi istifadə edirlər.
Türkiyəli tədqiqatçı: Şərqi Anadoluda 10-a yaxın türk məzarı tapılıb, amma dünya susur

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/

Dünyanın müxtəlif ölkələrinin parlamentləri saxta "erməni soyqırımı" ilə bağlı qərarlar qəbul edir və bundan Türkiyəyə qarşı təzyiq kimi istifadə edirlər. Trend xəbər verir ki, bunu Türkiyə Atatürk Tədqiqatlar Mərkəzinin rəhbəri Məhmət Əli Beyhan bu gün Yeni Azərbaycan Paryiyasının (YAP) təşəbbüsü ilə Bakıda "Uydurma "1915-ci il erməni soyqırımından" Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda keçirilən konfransda bildirib.

M.Ə.Beyhan qeyd edib ki, tarixdə ermənilərə qarşı heç bir soyqırım aktı baş verməyib: "Arxiv sənədlərini araşdırdıqda soyqırımla bağlı hər hansı bir ifadəyə rast gəlinməyib. Ermənilərin Şərqi Anadoluya köçürülməsi məsələsi olub. Ruslar isə erməniləri silahlandırıb müsəlmanlara qarşı qaldırıblar. Bu gün Şərqi Anadoluda 10-a yaxın toplu məzarlar aşkar edilib. Bunlar türk məzarlarıdır. Amma dünya bundan heç danışırmı? Amma bizə qarşı "soyqırım" iddiası irəli sürülür və Türkiyəni çətin vəziyyətdə qoymağa çalışırlar. Bu gün Əlcəzairdə törədilənləri heç kim Fransadan soruşmur. Bu gün Fələstində müsəlmanların evləri dağıdılır. Amma sonra arsızca həmin evlərin bərpası üçün "filan qədər tikinti materialı yardım etdik" deyirlər. Müasir dövrümüzdə Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən minlərlə azərbaycanlı qətl edilib, amma dünya bunu sadəcə kənardan müşahidə edir".

Onun sözlərinə görə, 1878-ci il Berlin konqresinə qədər Osmanlı dövlətində hər hansı erməni məsələsi müzakirə mövzusu olmayıb. Belə bir məsələ qətiyyən olmayıb: "Böyük, geniş torpaqların olduğu, çoxlu dilin olduğu bir coğrafiyada ermənilər də yaşayırdı. Onlar kənd təsərrüfatı və maldarlıqla, ticarətlə məşğul olublar, dövlət səviyyəsində vəzifə alıblar. 1878-ci "Yaşıl köy" müqaviləsindən sonra isə Berlin konqresində erməni məsələsi ortaya gətirildi. Osmanlı dövlətinin ərazisində ermənilərin çoxluq təşkil etdikləri bölgələrdə guya təhlükəsizliyin təmin edilməsi adı altında fransız-ingilis qüvvələri möhkəmlənməyə başladı. Sultan II Əbdülhəmidin dövründə isə bu təzyiqlər davam etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti