...

XİN ABŞ Dövlət Departamentini Leyla Yunus və Arif Yunus barəsində məhkəmənin hökmünə hörmətlə yanaşmağa çağırır

Siyasət Materials 14 Avqust 2015 13:04 (UTC +04:00)
"ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq".
XİN ABŞ Dövlət Departamentini Leyla Yunus və Arif Yunus barəsində məhkəmənin hökmünə hörmətlə yanaşmağa çağırır

Azərbaycan, Bakı, 14 avqust /Trend/

"ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq".

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Leyla və Arif Yunus barəsində çıxarılmış məhkəmə qərarı ilə bağlı açıqlamasına münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur. Lakin, qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir:

"Azərbaycanda akkreditasiya olmuş xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların əməkdaşlarının da izlədiyi məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsi tam şəkildə təmin olunub. Yerli tibbi xidmətlərlə bərabər, Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın "Charite" xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi və müalicəsi altında olub".

H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin tərkib hissəsi kimi xalqlar arasında konstruktiv dialoqun tərəfdarı olan Azərbaycan dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qurulmasını təklif edib: "ATƏT Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ da bu barədə məlumatlıdır. Azərbaycan Respublikasının konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, fundamental hüquq və azadlıqlar və qanunun aliliyinin təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti