...

İlham Əliyev Yunanıstanın Baş nazirini təbrik edib

Siyasət Materials 22 Sentyabr 2015 17:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Aleksis Tsiprasa təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Yunanıstanın Baş nazirini təbrik edib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Aleksis Tsiprasa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti