...

Silahlı Qüvvələrdə “NATO Günləri” keçirilir

Siyasət Materials 6 Oktyabr 2015 10:02 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilir.
Silahlı Qüvvələrdə “NATO Günləri” keçirilir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elmir Murad/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq. Həmçinin brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Qeyd edək ki, tədbir oktyabrın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti