...

MSK seçki məntəqəsində səsvermənin nəticəsini ləğv etdi

Siyasət Materials 14 Noyabr 2015 17:30 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
MSK seçki məntəqəsində səsvermənin nəticəsini ləğv etdi

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev və bu dairədən bir neçə namizəd MSK-ya müraciət edərək həmin dairədə bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda bildirilib ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və yalnız həmin dairə üzrə 29 saylı seçki məntəqəsində səsvermənin etibarsız hesab edilməsi üçün əsas yaranıb. Digər məntəqələrlə bağlı edilən şikayət isə öz təsdiqini tapmadığı üçün təmin edilməyib.

Daha sonra 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınmış Yaqub Babalı, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmış İlhamiyyə Rzayevanın və digərlərinin müraciətlərinə baxılıb. Müraciətlər qanunvericiliyə uyğun tərtib edilmədiyi, təqdim olunan sübutlar mötəbər hesab edilmədiyi və əsassız hesab edildiyi üçün təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti