...

Səfir: Almaniyanın ATƏT-də sədrliyinin prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq

Siyasət Materials 11 Yanvar 2016 11:43 (UTC +04:00)
Almaniyanın ATƏT-də sədrliyinin əsas prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq.
Səfir: Almaniyanın ATƏT-də sədrliyinin prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Almaniyanın ATƏT-də sədrliyinin əsas prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib.

Onun sözlərinə görə, həmçinin dondurulmuş münaqişələr probleminə, ATƏT ölkələri arasında iqtisadi əlaqələrin inkişafına diqqət yetiriləcək.

Səfir qeyd edib: "Azərbaycanın da iştirak edəcəyini gözlədiyimiz müxtəlif biznes forumların və konfransların keçirilməsi planlaşdırılır".

Xatırladaq ki, Almaniya 2016-cı ildə ATƏT-in sədri oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti