...

Baş katib: Azərbaycanın GUAM-da sədrliyi təşkilat çərçivəsində əməkdaşlığı daha yüksək səviyyəyə çıxaracaq

Siyasət Materials 21 Yanvar 2016 10:06 (UTC +04:00)
Azərbaycanın GUAM-da sədrliyi dinamik, məzmunlu və məhsuldar olacaq və təşkilat çərçivəsində əməkdaşlığı qarşılıqlı fəaliyyətin daha yüksək səviyyəsinə çıxaracaq.
Baş katib: Azərbaycanın GUAM-da sədrliyi təşkilat çərçivəsində əməkdaşlığı daha yüksək səviyyəyə çıxaracaq

Bakı.Anaxanım Hidayətova-Trend:

Azərbaycanın GUAM-da sədrliyi dinamik, məzmunlu və məhsuldar olacaq və təşkilat çərçivəsində əməkdaşlığı qarşılıqlı fəaliyyətin daha yüksək səviyyəsinə çıxaracaq. Bunu Trend-ə müsahibəsində GUAM-ın baş katibi Altay Əfəndiyev deyib.

Diplomatın sözlərinə görə, yeni vəzifəsində əsas prioriteti hər şeydən əvvəl sədrliyin bütün məqsəd və vəzifələrinin uğurla reallaşdırılmasına hərtərəfli köməyin göstərilməsi olacaq: "Daha uzun perspektivdə isə GUAM-ın əlaqələndirmə orqanı kimi təşkilatın fəaliyyətində ardıcıllığı və davamlılığı təmin edə və onun dinamikasını artıra biləcək Katibliyin iş qabiliyyətini möhkəmləndirmək və gücləndirməkdir. GUAM ölkələrinin maraqlarının bundan sonra da konsolidasiyasına, onların qarşılıqlı fəaliyyətinin dərinləşməsinə və genişlənməsinə, beynəlxalq əməkdaşlığın inkişafına səy və kömək göstərəcəyik".

A.Əfəndiyev 2016-cı il yanvarın 1-dən GUAM-ın baş katibi vəzifəsinin icrasına başlayıb. O bu vəzifədə Valeri Çeçelaşvilini əvəzləyib.

A.Əfəndiyev hesab edir ki, GUAM regional əməkdaşlığın aləti kimi vacib regionumuzun sülh, sabitlik və dinamik inkişaf zonası kimi formalaşmasında daha önəmli və əhəmiyyətli rol oynaya bilər və oynamalıdır: "Azərbaycan böyük iqtisadi potensialı, zəngin enerji resursları, inkişaf etmiş və müasir nəqliyyat və logistik infrastrukturu olan ölkə kimi, eləcə də qitələrin və vacib nəqliyyat və boru kəmərləri arteriyalarının kəsişməsində yerləşən iri regional qovşaq kimi GUAM ölkələrinin ümumi maraqları məcrasında və onlardan kənarda öz rolunun möhkəmləndirilməsi və artırılması və öz maraqlarının irəli aparılması üçün böyük üstünlüyə malikdir".

Onun sözlərinə görə, Azərbaycan məhz yuxarıda sadalanan bir sıra səbəblərə görə təşkilatın digər üzv ölkələrindən əverişliliyi ilə seçilir.

A.Əfəndiyev, həmçinin tərəflərin energetika sahəsində uğurlu əməkdaşlığını qeyd edərək bildirib ki, GUAM-ın nəqliyyat dəhlizi kimi əhəmiyyəti daha da artır: "2013-cü ildə GUAM çərçivəsində qəbul edilən GUAM-ın nəqliyyat dəhlizinin inkişafı konsepsiyası yüklərin Çindən Avropaya çatdırılma müddətini xeyli azaldacaq "Yeni ipək yolu"nun inkişafı ilə ilə bağlı xüsusi aktuallıq qazanan nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı əsas yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti