...

20 Yanvar şəhidləri Brüsseldə anılıb

Siyasət Materials 21 Yanvar 2016 11:11 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 20-də Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki mənzil qərərgahında 20 Yanvar şəhidləri anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Azərbaycan Respublikasının Belçikada akkreditə olunmuş diplomatları, Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, Benilüks ölkələrində təhsil alan tələbələr və digər təşkilatların nümayəndələri iştirak edib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra mərasimi giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov 1990-cı il yanvarın 20-də baş verən hadisələr haqqında mərasim iştirakçılarına məlumat verib.

Sonra Fuad İsgəndərov 20 Yanvar hadisələrinin siyasi əhəmiyyəti haqqında danışıb, gənclərə öz tövsiyələrini verib.

Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Azərbaycan xalqının bu hadisələr zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıb.

BAK-ın idarə heyətinin üzvləri Sima Cəfərova və İlham Babayev də cıxış edərək 20 Yanvar hadisələri haqqında xatirələrini danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti