...

İlham Əliyev Portuqaliyanın yeni Prezidentini təbrik edib

Siyasət Materials 18 Fevral 2016 18:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Portuqaliyanın yeni Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti