Bakı. Anaxanım Hidayətova - Trend:
Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.
Bunu Trend-ə Fransanın Bakıdakı səfirliyindən deyiblər.
Səfər zamanı dövlət katibi yüksək səviyyədə bir sıra ikitərəfli görüşlər keçirəcək.