...

Türkiyə XİN: BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda yüksək səviyyədə keçirilir

Siyasət Materials 26 Aprel 2016 15:51 (UTC +04:00)
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda yüksək səviyyədə keçirilir.
Türkiyə XİN: BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda yüksək səviyyədə keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda yüksək səviyyədə keçirilir. Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bütün iştirakçılar dəfələrlə forumun keçirilməsi ilə bağlı məmnunluqlarını ifadə etdilər: "Belə bir mühüm qlobal forumun uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm".

Nazir əlavə edib ki, Azərbaycan son illər beynəlxalq forumları yüksək səviyyədə təşkil edir və təbii ki, Azərbaycanın uğurları Türkiyəni sevindirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti