...

BMT Sivilizasiyalar Alyansının Forumunun Bakı Bəyannaməsi qəbul edilib

Siyasət Materials 26 Aprel 2016 16:28 (UTC +04:00)
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində nazirlərin görüşündə Bakı Bəyannaməsi qəbul edilib.
BMT Sivilizasiyalar Alyansının Forumunun Bakı Bəyannaməsi qəbul edilib

Bakı. Anaxanım Hidayətova - Trend:

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində nazirlərin görüşündə Bakı Bəyannaməsi qəbul edilib.

Trend-in məlumatına görə, BMT-nin ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, Azərbaycan hökumətinin dəstəyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun uğurlu nəticə əldə edəcəyindən xəbər verir: "Sivilizasiyalar Alyansının Bakı Forumunu keçirməkdə məqsədimiz qlobal problemlərə sinə gərməkdir. Biz gənclərlə məşğul olmalıyıq ki, dünyada zorakılıq və ekstremizm hallarını azaldaq".

Əl-Nasir forum çərçivəsində keçirilən aksiyalar və onların nəticələri barədə də danışıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən görüşün qarışıq dünyada necə birgə yaşamaq olar sualına cavab tapmağa kömək edəcəyinə əminliyini ifadə edib.

Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq dialoqu dəstəkləyir, radikalizm və ekstremizmə qarşı mübarizəyə kömək etməyə həmişə hazırdır: "Azərbaycan diskriminasiya olmadan hər üç dinə maliyyə yardımı göstərir. Mədəniyyətlərarası dialoq və inklüziv cəmiyyət qurmaq üçün əlimizdən gələni edirik".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, tolerantlıqdan söhbət düşərkən, Azərbaycandan gözəl nümunə yoxdur.

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo isə deyib ki, bu gün bütün ölklələr münaqişələrin həlli istiqamətində işləməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti