...

BMT-nin ali nümayəndəsi: Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib

Siyasət Materials 27 Aprel 2016 13:03 (UTC +04:00)
Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib.
BMT-nin ali nümayəndəsi: Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib.

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində panel müzakirələrində deyib.

O, Azərbaycanın inklüziv dünyanın yaradılması üçün etnik müxtəlifliyi seçməsini alqışladığını bildirib: "Beynəlxalq ictimaiyyət Azərbaycanın təcrübəsini öyrənməlidir".

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci isə deyib ki, dialoq sülhə nail olmağın ən təhlükəsiz yoludur: "Fəxr edirəm ki, Bakı prosesinin hissəsiyəm. Dini, mədəni, dil fərqi bizi ayırmalı deyil, əksinə birləşdirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti