Bakı. Elçin Mehdiyev - Trend:
Bakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün yaxşı bir məkana çevrilib. Bunu Trend-ə BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunun Fransadan olan iştirakçısı Jan Pyer Lekoq deyib.
O bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir.
Fransalı siyasətçi bildirib ki, Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir: "Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri, o cümlədən müsəlmanlar, xristianlar, yəhudilər birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir".