...

Millət vəkili BƏƏ Federal Milli Şurasının sədri ilə görüşüb

Siyasət Materials 21 May 2016 10:41 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə görüşüb.
Millət vəkili BƏƏ Federal Milli Şurasının sədri ilə görüşüb

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə görüşüb. Trend-in məlumatına görə, görüş zamanı millət vəkili Azərbaycanka Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib.

Q.Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisiyə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı soyqırımı barədə ətraflı məlumatlar verib.

Millət vəkili Dr.Amal Al Qubaisini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Birləşmiş Ərəb Əmirliyinin Federal Milli Şurasının sədri ilə bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti