...

Putin İstanbuldakı terror aktı ilə bağlı danışıb

Siyasət Materials 29 İyun 2016 13:11 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktına görə türk xalqının dərdinə şərik olduğunu bildirib.
Putin İstanbuldakı terror aktı ilə bağlı danışıb

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktına görə türk xalqının dərdinə şərik olduğunu bildirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin bunu rusiyalı və alman məktəbliləri ilə görüşdə deyib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti