...

HHQ komandanı: Pakistan Hərbi Hava Qüvvələri Azərbaycanla səmərəli əməkdaşlıq edəcək

Siyasət Materials 2 Avqust 2016 19:36 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşüb.
HHQ komandanı: Pakistan Hərbi Hava Qüvvələri Azərbaycanla səmərəli əməkdaşlıq edəcək

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın davamı və perspektivləri, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb. Səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.

Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı S.Aman ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd edib. O, Pakistanın müdafiə sənayesi müəssisələrinin yeni istehsal imkanları haqqında məlumat verərək ölkəsinin Hərbi Hava Qüvvələrinin bu sahədə də Azərbaycanla səmərəli əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti