...

Səfərbərlik Xidməti hərbi qulluqçularının geyim formalarının təsvirləri təsdiq edilib (FOTO)

Siyasət Materials 3 Sentyabr 2016 14:24 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri təsdiq edilib.
Səfərbərlik Xidməti hərbi qulluqçularının geyim formalarının təsvirləri təsdiq edilib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, 4.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilir: "Gödəkcə kəmərsiz daşınır (şəkil 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8)."

Həmçinin aşağıdakı məzmunda 4.11-1-ci və 4.11-2-ci bəndlər əlavə edilir:

"4.11-1. Qış gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir, dik yaxalıqlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər astarlıdır, ətəyi rezinlidir. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkcənin öz rəngində əlavə qat tikilmişdir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə düymələnir. Gödəkcə bel kəmərsiz daşınır. Gödəkcənin sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçuların soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir.

4.11-2. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.";

5.9-cu bənd aşağıdakı redaksiyada verilir:

"Zabitlərin və gizirlərin poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq qızılı (səhra geyim formasının poqonlarında - qara) rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Xidmətin tibbi profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Ulduzların guşələrindən biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir. Ulduzların ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə müəyyən olunur (şəkil 98-1, 98-2).";

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının Təsvirləri"nin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 51, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 92, 93, 99, 100, 102, 103, 106 nömrəli şəkilləri yeniləri ilə əvəz edilir və 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8, 98-1, 98-2 nömrəli şəkillər əlavə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti