...

Milli Şuranın həftəbecər mitinqi: bir əsr geriyə... (FOTO)

Siyasət Materials 20 Sentyabr 2016 18:32 (UTC +04:00)
Milli Şuranın son iki mitinqi yalnız biabırçı məqamlarla yadda qaldı.
Milli Şuranın həftəbecər mitinqi: bir əsr geriyə... (FOTO)

Bəxtiyar Hacıyev - Trend:

Milli Şuranın son iki mitinqi yalnız biabırçı məqamlarla yadda qaldı.

Əslində, mitinqə qoşulanların tələbləri heç də eyni deyildi. Bir tərəfdə radikal dindarlar öz başbilənlərinin azadlığa buraxılmasını tələb edirdilərsə, digər tərəfdə bir qrup demokratiyadan, müasirlikdən dəm vururdu.

Mitinq iştirakçıları arasında ciddi əqidə, fikir ayrılığı var idi. Bir tərəfdə "İŞİD bayrağı", digər tərəfdə ABŞ prezidenti. Məntiq acizdir...

Şüarlardan daha çox səslənəni "Tale Bağırzadəyə azadlıq!" idi. Niyə? T.Bağırzadə niyə azadlığa buraxılmalıdır? Ona görə ki, Nardaranda silahlı terrorçu qruplaşma təşkil etmək planları yarımçıq qaldı? Ona görə ki, cəmiyyətdə bölücülük yaratmaq bir yana, dövlətçiliyə qarşı çıxırdı? Ona görə ki, "ağzı dualı" ağalarının sifarişini axıra qədər yerinə yetirə bilmədi?

Bu insanlar, ümumiyyətlə, T.Bağırzadənin kim olduğunu, kimlərə xidmət etdiyini bilirmi?

Bəs qara çarşablı mitinq iştirakçıları nə istəyirlər? Yəqin onların da çağırışı belə idi: "Bütün Azərbaycan qadınları qara çarşaba bürünsün!" Yəni, ən azı, bir əsr geriyə addım...

Mitinqlərdə bir neçə gənc də iştirak edirdi. XXI əsrdə Azərbaycan gəncliyindən savadlı, bilikli olmaq, yeni ixtisaslara yiyələnmək, Azərbaycanı dünyada tanıtmaq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq tələb olunduğu halda, mitinqdə iştirak edən gənclər xaricdəki ağalarının sifarişləri ilə oturub-duran başbilənlərinin təəssübünü çəkir, onların azadlığa buraxılaraq yenidən ölkədə qarşıdurma, gərginlik yaratmaqlarını istəyirlər. Hələ bu "başbilən"lərin radikal islamçı olduğunu nəzərə alsaq, mənzərə sadəcə təəssüf doğurur...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti