Bakı. Trend:
Azərbaycan nümayəndə heyəti İsrailin keçmiş Prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edəcək.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti İsrail Dövlətinin keçmiş Prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Təl-Əviv şəhərinə yola düşüb.