...

Azərbaycanda torpaq sahələrinin qanunsuz zəbt edilməsi halları ilə mübarizə gücləndirilir

Siyasət Materials 1 Dekabr 2016 18:44 (UTC +04:00)
Prezident İlham Əliyev “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azərbaycanda torpaq sahələrinin qanunsuz zəbt edilməsi halları ilə mübarizə gücləndirilir

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilir:

“9.5. torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir;”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti