...

Millət vəkili: Prezident İlham Əliyev xalqın yanında olduğunu bir daha göstərdi

Siyasət Materials 24 Dekabr 2016 09:28 (UTC +04:00)
Təbii qazdan və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması ilə bağlı Tarif Şurasının verdiyi qərar çox yüksək qiymətləndirilməlidir.
Millət vəkili: Prezident İlham Əliyev xalqın yanında olduğunu bir daha göstərdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının verdiyi qərar çox yüksək qiymətləndirilməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, bu qərar bir daha ölkə rəhbərliyinin aztəminatlı əhaliyə qayğısını nümayiş etdirir:

“Sadə vətəndaşların durumu ölkə başçısının daim diqqət mərkəzindədir. Prezidentimiz hər zaman xalqın narahatlığını duyub və qərarlarını da məhz buna görə verib. Seçicilərimiz də Prezidentin bu addımını çox yüksək dəyərləndirirlər. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Prezident İlham Əliyev xalqın yanında olduğunu bir daha göstərdi”.

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti