...

Deputat: KTMT baş katibi ermənilər tərəfindən ələ alınıb

Siyasət Materials 30 Dekabr 2016 12:48 (UTC +04:00)
Ermənistan tərəfi qəsdən sərhəddə təxribat törətməklə 3-cü ölkələri münaqişəyə cəlb etmək istəyir.
Deputat: KTMT baş katibi ermənilər tərəfindən ələ alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan tərəfi qəsdən sərhəddə təxribat törətməklə 3-cü ölkələri münaqişəyə cəlb etmək istəyir. Trend-in məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında Ermənistan tərəfinin ötən gün sərhəddə törətdiyi təxribata münasibət bildirərkən deyib.

Q.Həsənquliyev bildirib ki, ötən gün KTMT baş katibi Nikolay Bordyujanın “Dağlıq Qarabağ respublikası” ifadəsinin işlətməsi ilə bağlı fikrini bildirən millət vəkili söyləyib ki, Azərbaycan KTMT-yə üzv olan ölkələrə onun baş katiblikdən uzaqlaşdırılması ilə bağlı müraciət etməlidir:

“Nikolay Bordyuja ermənilər tərəfindən ələ alınmış bir adamdır".

Spiker Oqtay Əsədov millət vəkilinə cavab olaraq bildirib ki, KTMT-nin baş katibi N.Bordyujanın fikri Rusiyanın mövqeyi deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti