...

Elxan Ələsgərov: Dünyada Azərbaycanın da daxil olduğu müsbət tendensiyalar nəzərə çarpır (FOTO)

Siyasət Materials 7 İyun 2017 10:06 (UTC +04:00)
"Müsbət tendensiyalar var və bunlara Azərbaycan da daxildir".
Elxan Ələsgərov: Dünyada Azərbaycanın da daxil olduğu müsbət tendensiyalar nəzərə çarpır (FOTO)

Bakı. Trend:

Trend "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərovla Riqada keçirilmiş "Baltika forumu" ilə əlaqədar müsahibəni təqdim edir:

- Bir neçə gün əvvəl Riqada "Baltika forumu" konfransına dəvət olunmuşdunuz.

- Bəli, "Baku Network"un rəhbərləri ilk dəfə idi "Rusiya və Qərbin münasibətlərindəki böhran artır. Ekspert ictimaiyyəti necə kömək edə bilər?" adlı beynəlxalq konfransa dəvət olundu və iştirak etdilər. Latviya hakimiyyətinin himayəsi altında keçirilən tədbirə Rusiya, ABŞ və Avropa İttifaqından ekspertlər də qatılmışdılar. Əsas müzakirə mövzusu Rusiyanın ABŞ və müəyyən mənada Aİ ilə münasibətləri idi. İştirakçılar arasında ABŞ Konqresinin keçmiş üzvü Ellen Tauşer, ABŞ-ın keçmiş səfirləri D.Metlok və D.Herbst, Atlantika Şurasının ekspertləri yer almışdı. Moskva tədbirdə Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Riqadakı səfir, Dünya İqtisadiyyatı İnstitutunun direktoru A.Dınkin, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Mərkəzinin direktoru A.Arbatov və digərləri ilə təmsil olunmuşdu.

- Konfransda günün hansı vacib məsələləri müzakirə olundu?

- Görüş zamanı Rusiya tərəfi ABŞ ilə münasibətlərin təhlükəli vəziyyətindən və mübarizə aparan tərəflərin nəticəsi pis olan səhvi ucbatından nüvə müharibəsinin mümkünlüyündən danışdı. Aİ ölkələrinin mövqeyinin zəifliyi və qeyri-müəyyənliyi, eləcə də Rusiyaya qarşı tətbiq olunan siyasi və iqtisadi sanksiyaların əsassız olduğunu vurğulandı. Çıxışların əsas tezisi Tramp administrasiyası ilə əməkdaşlığın qurulmasının və ABŞ ilə Rusiyanın mövqelərinin yaxınlaşmasının vacibliyi idi. Rusiya Prezidentinin köməkçisi İqor Levitinin sözlərinə görə, NATO-nun genişlənmə cəhdləri konfrontasiyanı gücləndirir, dünya ictimaiyyəti isə bölünüb və beynəlxalq terrorçuluğa qarşı mübarizə apara bilmir. O bəyan edib: "Dünya təhlükəli həddə yaxınlaşıb və biz problemlərin həlli yolunu tapa bilmirik".

- Doğrudan da dünyada vəziyyət belə pisdir?

- Mən belə deməzdim. Müsbət tendensiyalar var və bunlara Azərbaycan da daxildir. Belə ki, Dünya İqtisadiyyatı İnstitutunun direktoru A.Dınkin öz çıxışı zamanı dünya arenasındakı müsbət dəyişikliklərdən danışarkən ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünü xüsusi qeyd edib. Bildiyiniz kimi, bu görüş Bakıda keçirilmişdi.

- Bəs Qərb ekspertləri və analitikləri nə proqnozlaşdırır?

- Qərbi, əsasən, ABŞ politoloqları təmsil edirdi. Vudro Vilson Mərkəzi nəzdində Kennan İnstitutunun direktoru Metyu Rojanskinin çıxışı xüsusi maraq doğurdu. O qeyd etdi ki, ABŞ və Rusiya arasında etimad səviyyəsi sıfırdan aşağıdır, gündəlikdə bəşəriyyətin sağ qalması məsələsi dayanıb və etimadı bərpa etmək lazımdır. Bunun üçün o, strateji sabitlik problemlərini həll etməyi və nüvə silahlarını, eləcə də bu silahları əldə etmək istəyən ölkələri ciddi nəzarətə götürməyi təkif edib. Bu, Azərbaycan üçün aktual mövzudur, çünki erməni hərbçiləri gecə-gündüz bu "çirkli bombalar"ın xəyalını qurur.

- ABŞ və Rusiya ekspertlərinin beynəlxalq gərginliyə baxışları nə ilə fərqlənir?

- Rusiyalı ekspertlərin çıxışlarında münasibətlərdə gərginliyin aradan qaldırılması və Qərb sanksiyaları rejimindən çıxmaq üçün ABŞ ilə dialoqa başlamaq çağırışları səslənirdi. Amerikalıların çıxışları daha mülayim xarakter daşıyırdı, daha az konkretlik var idi. Bunu yeni Tramp administrasiyası dövründə Vaşinqtonun Moskvaya münasibətdə qeyri-müəyyən siyasi xətti ilə izah etmək olar.

- Sizin hansı vacib görüşləriniz oldu və bu konfransda iştirak sizə nə verdi?

- Bizim Latviya Seyminin deputatı, "Soqlasiye" Partiyasının rəhbəri və konfransın təşkilatçısı Yanis Urbanoviçlə, eləcə də "Baltika forumu"nun rəhbərliyi ilə görüşümüz oldu. Onlar Azərbaycanın problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı problem barədə məlumatlıdırlar. Bu, ekspertlərlə gələcək müzakirələrimizin mövzusudur. Bunun üçün "Baku Network" və "Baltika forumu" arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Bu, artıq "Baku Network"un beşinci tərəfdaş platformasıdır və hesab edirik ki, bu bizim növbəti uğurumuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti