...

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Siyasət Materials 9 İyun 2017 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti