BMT: Dünyada köçkünlərin sayı 40,3 milyon olub

BMT: Dünyada köçkünlərin sayı 40,3 milyon olub

Bakı. Trend:

2016-cı ilin sonunda köçkünlərin sayı 40,3 milyon olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatda bildirilir.

Sənədə əsasən, bu statistika ötən il 40,8 milyon olub.

BMT-nin qaçqınlar üzrə agentliyi olan BMT QAK tərəfindən bu gün dərc olunmuş hesabata əsasən, bütün dünyada müharibə, zorakılıq və təqiblər indiyə qədər olduğundan daha çox sayda insanların zorla didərgin salınmasına səbəb olmaqdadır.

Təşkilatın didərginlik hallarına dair əsas illik icmalı olan BMT QAK-ın Qlobal tendensiyalara dair yeni hesabatında deyilir ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon olmuşdur ki, bu da əvvəlki ildən təxminən 300.000 nəfər çoxdur. Bu ümumi rəqəm bütün dünyada himayəyə ehtiyacı olan insanların sayının həddən artıq çox olduğunu göstərir.

65,6 milyon rəqəmi üç mühüm komponentdən ibarətdir. Birincisi qaçqınların sayıdır, bu say 22,5 milyon təşkil edir ki, bu da indiyədək müşahidə edilən saydan artıqdır. Bunlardan 17,2 milyonu BMT QAK-ın aidiyyətindədir, qalanları isə digər BMT qurumu olan Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üçün BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) tərəfindən qeydiyyata alınmış fələstinli qaçqınlardır. Suriya münaqişəsi dünyada ən çox (5,5 milyon) qaçqın doğuran münaqişə olaraq qalır, bununla belə, 2016-cı ildə ən böyük yeni faktor Cənubi Sudan olmuşdur, orada həmin ilin iyulunda sülh səylərinin acınacaqlı uğursuzluğu ilin sonu üçün 739.900 insanın ölkəni tərk etməsinə şərait yaratmışdır (bu gün onların sayı 1,87 milyon nəfərdir).

İkincisi insanların öz ölkələri daxilində köçkün düşməsi hallarıdır, onların sayı 2016-cı ilin sonunda 40,3 milyon olub. Müqayisə üçün qeyd olunmalıdır ki, ondan əvvəlki ildə bu say 40,8 milyon olub. Ən çoxsaylı məcburi köçkünlük situasiyaları Suriyada, İraqda və hələ də ölkə daxilində çoxlu sayda məcburi köçkünlük hallarının baş verdiyi Kolumbiyadadır, bununla belə, məcburi köçkünlük problemi ümumdünya problemidir və qlobal səviyyədə zorla didərgin salınma hallarının ümumilikdə təxminən üçdə ikisini əhatə edir.

Üçüncüsü sığınacaq axtaranlardır, bunlar ölkələrini tərk etmiş olan və qaçqın qismində beynəlxalq himayə axtaran insanlardır. 2016-cı ilin sonunda sığınacaq axtaran insanların sayı qlobal səviyyədə 2,8 milyon olub.

Bu, ümumən qlobal səviyyədə müharibələrin və təqiblərin insanlar arasında çoxsaylı itkilər bahasına başa gəlməsi deməkdir: 65,6 milyon nəfər o deməkdir ki, bu gün bütün dünyada orta hesabla hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir, bu isə dünyada əhalisinin sayına görə 21-ci olan Birləşmiş Krallığın əhalisinin sayından çoxdur.

"Bu, istənilən baxımdan qəbuledilməz rəqəmdir və böhranların qarşısının alınmasında və həll edilməsində həmrəyliyin və ümumi məqsədin olmasına, habelə həll yolları axtarıldığı müddətdə dünyadakı qaçqınların, məcburi köçkünlərin və sığınacaq axtaranların lazımi qaydada müdafiə və himayə edilməsini birlikdə təmin etməyə həmişəkindən daha çox ehtiyac olmasından xəbər verir", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirmişdir. "Biz bu insanlar üçün daha yaxşı çalışmalıyıq. Münaqişə içərisində olan dünyadan qorxu deyil, qətiyyət və cəsarət tələb olunur".

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, konkret olaraq yeni didərginlik hallarının səviyyəsi çox yüksək olaraq qalır. Qlobal miqyasda zorla didərgin salınmış 65,6 milyon nəfərdən 10,3 milyonu 2016-cı ildə didərgin düşənlərdir. Onların təxminən üçdə ikisi (6,9 milyonu) öz ölkələri daxilində köç edənlər, yəni məcburi köçkünlərdir. Bu, hər üç saniyədə bir nəfərin didərginə çevrilməsi deməkdir, bu isə bu cümləni oxumağa sərf edilən vaxtdan da azdır.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin evlərinə qayıdışı, üçüncü ölkələrdə məskunlaşdırılma kimi digər həll yolları ilə birlikdə, o deməkdir ki, 2016-cı ildə bəzilərinin vəziyyətinin yaxşılaşması üçün perspektiv yaranıb. Təxminən 37 ölkə ümumilikdə 189.300 qaçqını məskunlaşdırmaq üçün qəbul etmişdir. Digər qaçqınların təxminən yarım milyonu doğma ölkələrinə, təxminən 6,5 milyon məcburi köçkün isə doğma ərazilərinə qayıda biliblər – hərçənd ki, onların çoxu üçün bu heç də ideal şəraitdə baş verməyib və onlar qeyri-müəyyən perspektivlərlə qarşılaşmışlar.

2016-cı ilin sonu üçün bütün dünyada ən çox sayda (84 faiz) qaçqın aşağı və ya orta gəlirli ölkələrdə olmuşdur. Onların hər üç nəfərindən biri (4,9 milyon nəfər) ən az inkişaf etmiş ölkələr tərəfindən qəbul edilmişdir. Bu nəhəng disbalans bir neçə məqamı, o cümlədən qaçqınların qəbulu məsələsində hələ də beynəlxalq səviyyədə konsensusun olmadığını və yoxsul ölkələrin çoxunun münaqişə regionlarına yaxın olduğunu özündə əks etdirir. O həm də qaçqınlara və didərgin düşmüş digər insanlara dəstək olan ölkələrin və icmaların güclü resurslara və dəstəyə ehtiyacları olduğunu əyani şəkildə nümayiş etdirir – bunların olmaması qeyri-sabitlik yarada, insanların həyatlarını xilas edən humanitar işlər üçün mənfi nəticələr doğura, yaxud ikinci didərginlik hallarına gətirib çıxara bilər.

Əhalisi baxımından Suriya hələ də ümumilikdə ən çox sayda didərgin düşmüş insanları olan ölkədir, burada 12 milyon nəfər (təxminən əhalinin üçdə ikisi) ya ölkə daxilində didərgin düşüb, ya da qaçqın və ya sığınacaq axtaran şəxs qismində ölkə xaricinə qaçıb. Fələstinli qaçqınların uzunmüddətli durumunu nəzərə almasaq, əhalisi ən çox sayda didərgin düşmüş ikinci ölkə Kolumbiya (7.7 milyon), üçüncüsü isə əfqanlar (4,7 milyon) olmuşdur. Onların ardınca iraqlılar (4,2 milyon) və cənubi sudanlılar gəlir (bu, dünyada didərgin əhalisinin sayı ən yüksək sürətlə artan ölkədir, orada ilin sonu üçün 3,3 milyon nəfər evlərini tərk etmişdir).

Dünyadakı qaçqınların yarısını təşkil edən uşaqlar qeyri-mütənasib dərəcədə iztirab yükü daşımaqda davam edirlər, bunun əsas səbəbi onların daha çox müdafiəsiz vəziyyətdə olmalarıdır. Faciəli haldır ki, təkbaşına yola çıxan və ya valideynlərindən ayrı düşən uşaqlardan sığınacaq üçün 75.000 müraciət qəbul edilib. Hesabatda deyilir ki, hətta bu rəqəm də, güman ki, həqiqi rəqəmdən azdır.

BMT QAK-ın hesablamalarına görə 2016-cı ilin sonunda azı 10 milyon insan vətəndaşlığa malik olmayıb və ya vətəndaşsızlıq riski altında olub. Lakin hökumətlər tərəfindən qeydə alınan və BMT QAK-a təqdim edilən məlumatlarda 75 ölkədə vətəndaşlığa malik olmayan insanların sayı 3,2 milyon nəfərlə məhdudlaşır.

"Qlobal tendensiyalar" hesabatında zorla didərgin salınma hallarının statistik qiymətləndirilməsi yer alıb və 2016-cı ildə qaçqınlar dünyasında baş etmiş bir sıra mühüm hadisələr əhatə olunmayıb. Buraya bir çox ölkələrdə sığınacaq problemlərinin getdikcə daha çox siyasiləşdirilməsi, bəzi regionlarda himayə tədbirlərinə çıxış imkanlarının məhdudlaşdırılması, eləcə də müsbət hadisələr daxildir, məsələn, 2016-cı ilin sentyabrında qaçqınlara və miqrantlara dair tarixi zirvə toplantılarının keçirilməsi, onların ardınca əlamətdar Nyu-York Bəyannaməsinin qəbul edilməsi, qaçqınlara münasibətdə kompleks tədbirlər çərçivəsində didərginlik hallarının öhdəsindən gəlmək işində bütün cəmiyyət üzvlərinin iştirakını nəzərdə tutan yeni yanaşmanın tətbiq edilməsi və qəbuledici ölkələrin və donor hökumətlərin qaçqınlara və didərgin düşmüş digər əhaliyə münasibətdə eyni dərəcədə yüksək alicənablıq göstərməsi.

BMT QAK "Qlobal tendensiyalar" hesabatını öz məlumatları, habelə tərəfdaşı olan Məcburi Köçkünlük Hallarının Monitorinqi Mərkəzindən aldığı məlumatlar və hökumətlərdən aldığı məlumatlar əsasında hər il təqdim edir.

"Qlobal tendensiyalar" hesabatı 20 iyun Ümumdünya Qaçqınlar Günü ərəfəsində açıqlanır.

Yayımçılar, yeni təşkilatlar və digər media əməkdaşları üçün: multimedia materialları toplusu, "Qlobal tendensiyalar" hesabatının tam mətni və BMT QAK-ın ölkələr və dünya üzrə sözçülərinin əlaqə məlumatlarını "Qlobal tendensiyalar" hesabatının İnternetdəki media səhifəsindən tapmaq olar.

Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Loading Bars
Xəbər lenti
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıtanın dövlət katibi
Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar - Hikmət Hacıyev
Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi - Fahrettin Altun (ÖZƏL) (VİDEO)
“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır - Pərvin Kərimzadə
Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb
Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev (FOTO)
Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb (FOTO)
Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir
Bu səfər təşkil olundu ki, Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklə yerindəcə tanış olsun - Hikmət Hacıyev
Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək - Asadjon Xocayev (VİDEO)
Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək
Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu - Türk Şurasının baş katibi
İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb
İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam Dram teatrının qalıqlarına baxıblar (FOTO)
Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - Fahrettin Altun (VİDEO)
ADA Universitetində “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilir (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar - Trend TV-nin REPORTAJI
Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb
Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - Trend TV-nin REPORTAJI
Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə ictimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb (FOTO)
Şəmkirdə yol polisi reyd keçirib (FOTO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranın nüvə obyektində naməlum hadisə baş verib
Yevlaxda toy məclisi aşkar edilib (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb
Füzuli rayonunun Aşağı Rəfədinli kəndi (VİDEO)
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb (FOTO)
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Çin Azərbaycana dəmir yolu vasitəsilə 50 konteyner ixrac malı göndərəcək
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub
Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Avstriya 1 milyon doza Sputnik vaksini almaq niyyətindədir
Çində kömür mədənini su basıb, onlarla fəhlə təhlükədə qalıb
Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb
Yunanıstan sahillərində zəlzələ qeydə baş verib
Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
Bütün xəbərlər