...

Dövlət bayrağının təbliğinin diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur

Siyasət Materials 7 Noyabr 2017 10:38 (UTC +04:00)
Azərbaycanın dövlət bayrağının təbliğinin daim diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur.
Dövlət bayrağının təbliğinin diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın dövlət bayrağının təbliğinin daim diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə dövlət rəmzlərinin təbliği gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün çox əhəmiyyətlidir.

İ.Mustafayev bildirib ki, Azərbaycanda 2010-cu ildən başlayaraq 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

İdarə rəisi əlavə edib ki, Azərbaycanda Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilir:
"Bu tədbirlər Azərbaycan dövlət bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi və ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunur. Bu tədbirlər gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin qorunmasında dövlət bayrağının əhəmiyyətini və eyni zamanda tədris müəssisələrində dövlət rəmzlərinin təbliğində xüsusi rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti