Elçin Əmirbəyov: Bakının hava limanına yaxın 200 hektarlıq məkanda böyük "Expo" kəndi salınacaq (FOTO)

Elçin Əmirbəyov: Bakının hava limanına yaxın 200 hektarlıq məkanda böyük "Expo" kəndi salınacaq (FOTO)

Bakı. Trend:

Noyabrın 15-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatı olub.

Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında əvvəlcə Qazaxıstanın nümayəndə heyətinin üzvləri “Astana Expo 2017” Sərgisi və sərgi çərçivəsində keçirilən beynəlxalq tədbirlər ilə bağlı məlumat verdilər. Qeyd edək ki, Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində Azərbaycan da “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub. Milli pavilyonumuz bu sərgidə ən çox ziyarət edilən məkanlardan olub.

Sonra “Dubay 2020” Ümumdünya Universal Sərgisi ilə bağlı hesabat təqdim edildi. Hesabatda sərgi ilə bağlı indiyədək görülən və nəzərdə tutulan layihələr, iştirakçı ölkələr barədə məlumat verildi. Azərbaycan bu beynəlxalq tədbirdə də milli pavilyonla geniş təmsil olunacaq.

Assambleyada Çin nümayəndə heyəti “Pekin 2019” Bağçaçılıq Sərgisi üzrə təqdimatla çıxış etdi, indiyədək görülən işlərdən və yaradılacaq infrastrukturdan danışdı.

Niderlandın nümayəndə heyətinin üzvləri “Almere 2022” Bağçaçılıq Sərgisi ilə bağlı görülən işlər barədə məlumat verdilər.

Daha sonra sərginin Niderlandın Almere şəhərində keçirilməsi ilə bağlı rəmzi bayraq bu ölkənin nümayəndə heyətinə təqdim olundu.

İtaliyanın nümayəndə heyətinin üzvləri isə “Milan Triennale 2019” haqqında təqdimatla çıxış etdilər.
Sonra Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında “Expo 2025” Ümumdünya Sərgisi üçün qeydiyyata alınmış namizəd şəhərlər barədə məlumat verildi. Qeyd edək ki, Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və Fransanın Paris şəhərləri namizəd şəhərlərdir.
Yaponiya, Rusiya, Paris nümayəndə heyətlərinin üzvləri sərgiyə hazırlıqla bağlı görülən işlərdən danışdılar. Bildirdilər ki, bu cür tədbirlərin keçirilməsi xalqlar və dövlətlər arasında dialoqun genişləndirilməsində vacib rol oynayır, şəhərlərin potensialını nümayiş etdirmək üçün yaxşı imkanlar yaradır.

Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının bu sərgiyə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbula qatıldıqlarına görə nümayəndə heyətlərinin üzvlərinə minnətdarlığını bildirdi.

Diqqətə çatdırıldı ki, Bakı “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər kimi insan kapitalının inkişafı mövzusu ilə çıxış edir. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlərdən danışan Samir Şərifov bildirdi ki, Azərbaycanın əsas zənginliyi 10 milyon vətəndaşıdır. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan Qlobal Rəqabətlilik İndeksinə görə 137 ölkə arasında 35-ci yeri tutub. Ölkəmizin daim inkişafda olduğunu vurğulayan Samir Şərifov Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı. Samir Şərifov Azərbaycanın hazırda 50 böyük şəhərlə hava əlaqəsinin olduğunu dedi və 2025-ci ilə qədər bu rəqəmin 100-ə çatdırılacağını bildirdi.

“Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri qeyd etdi ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. Bu sərgi bəşəri müxtəlifliyi təmin edəcək və bütün millətlərə iştirak etmək imkanı yaradacaq. Bu təşəbbüsün cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyən Samir Şərifov vurğuladı ki, 20 mindən çox könüllü “Expo 2025” sərgisində əsas gücümüz olacaq. Avropa və Asiyanın kəsişməsində yerləşən Bakı qədim sivilizasiyanın beşiyidir, dünyəvi və çoxmillətli şəhərdir.

“Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə bildirdi ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir. “Sərginin əsas mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” olacaq”, - deyən Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən dövlət siyasəti sayəsində tez bir zamanda insan kapitalının təkmilləşməsi sahəsində qazanılan uğurlardan danışdı, ölkəmizdə minlərlə təhsil, idman və sağlamlıq müəssisələrinin yaradıldığını, yoxsulluq və işsizliyin 5 faizdən aşağı düşdüyünü, savadlılığın yüksək olduğunu bildirdi.

O, “Bakı Expo 2025” çərçivəsində təşkil olunması nəzərdə tutulan müxtəlif proqramlar, konsertlər və digər mədəni tədbirlər müstəvisində insan kapitalı mövzusunun müzakirə olunacağını qeyd etdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov ölkəmizin “Expo” hərəkatının fəal üzvü olduğunu bildirdi, Azərbaycanın ilk dəfə “Hannover Expo 2000” sərgisində iştirak etdiyini, Milanda keçirilən “Expo 2015” sərgisində isə milli pavilyonumuzun mükafata layiq görüldüyünü və pavilyonumuzu 3 milyondan çox insanın ziyarət etdiyini və bu pavilyonun hazırda Bakıda Bulvar ərazisində qurulmaqda olduğunu diqqətə çatdırdı.

Azərbaycanın davamlı və sürətlə inkişaf etdiyini deyən Elçin Əmirbəyov Bakının hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Expo” kəndi salınacağını bildirdi. “Bakı Expo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi bildirdi ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir. Azərbaycan mədəniyyətinin digər aspektlərindən ilhamlanaraq, Bakının tarixi qala divarları daxilindəki qədim şəhəri və qədim İpək Yolu boyunca səyahət edən tacirlərə ev sahibliyi etmiş karvansaray dizaynlı pavilyonumuzu təsvir edən Elçin Əmirbəyov sərginin mədəni irsimizin bir hissəsi olan xalça naxışları ilə bəzədiləcəyini bildirdi. “Expo 2025”dən sonra isə yaradılacaq infrastruktur şəhərimizin gözəl guşələrindən biri olacaq.

Azərbaycana etimad göstərilməsinin vacibliyini vurğulayan Birinci vitse-prezidentin köməkçisi “Bakı Expo-2025” üçün nəzərdə tutulan məkanda tamaşalar, sərgilər və təqdimatlar keçirilməsi üçün geniş imkanların yaradılacağını bildirdi. Vurğuladı ki, “Expo” hərəkatının sadiq tərəfdaşı kimi Azərbaycan bu məsələyə böyük məsuliyyətlə yanaşır.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş olundu. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənir.

İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Avropa çempionatında güləşçimiz Turan Bayramov  gümüş medal qazanıb
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Loading Bars
Xəbər lenti
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Post-pandemiya dövründə fəaliyyətini dayandırmış hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO/VİDEO) (YENİLƏNİB)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)(YENİLƏNİB)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
Bütün xəbərlər