Bakı. Trend:
Bakı və Sofiya şəhərləri arasında birbaşa aviareysin açılışı iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına töhfə verəcək.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
"Bu vaxta qədər razılaşdırdığımız bütün məsələlərin hər zaman həll olunması çox gözəldir", - deyən Baş nazir artıq ölkələrin qarşısında yeni tapşırıqların dayandığını bildirib.
B.Borisov əlavə edib ki, iki ölkənin xalqları arasında hədsiz qarşılıqlı hörmət var.