...

Prezident İlham Əliyev: SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq

Siyasət Materials 15 Yanvar 2018 20:32 (UTC +04:00)
SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək.
Prezident İlham Əliyev: SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq

Bakı. Trend:

SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq və imkanlar barədə məlumat verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: "Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir: "Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır".

Azərbaycan Prezidentinin sözlərinə görə, bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada: "Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti