...

Rusiya və İtaliyanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Siyasət Materials 30 Yanvar 2018 17:39 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri Ancelino Alfano sabah Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək
Rusiya və İtaliyanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri Ancelino Alfano sabah Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, müzakirələr A.Alfanonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.

Bundan başqa, nazirlər İtaliyanın 2018-ci ildə ATƏT sədrliyinə fəaliyyət planını müzakirə edəcək.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti