...

Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb

Siyasət Materials 22 Fevral 2018 17:36 (UTC +04:00)
Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.
Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb.

Həmçinin, demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti