...

Piter Teys: Saakyanın Vaşinqtona girişinə icazə verilməsi ABŞ-ın Azərbaycana qarşı ikili standartlar siyasətini əks etdirir

Siyasət Materials 21 Mart 2018 18:57 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin "başçısı" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Vaşinqtonla Bakı arasında ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər
Piter Teys: Saakyanın Vaşinqtona girişinə icazə verilməsi ABŞ-ın Azərbaycana qarşı ikili standartlar siyasətini əks etdirir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin "başçısı" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Vaşinqtonla Bakı arasında ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər. Bu barədə Trend-ə politoloq, Markett Universitetin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys bildirib.

O, qeyd edib: "Hərbi cinayətkar Bako Saakyanın Vaşinqtona bu yaxınlardakı səfəri Birləşmiş Ştatlar və Azərbaycan arasında ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər".

P.Teys əmindir ki, ABŞ Dövlət Departamenti Vaşinqtona belə səfərlərin qarşısını almaq üçün ciddi tədbirlər görə bilər: "Bu faktdır ki, ABŞ dövlət katibi Reks Tillerson Albaniyanın sabiq baş prokuroru Adriatik Lal (korrupsiyada ittiham olunan) və onun ailəsinin Birləşmiş Ştatlara girmələrinə qadağa qoyub. Mən əminəm ki, Dövlət Departamenti Birləşmiş Ştatların Konqresində və digər hökumət strukturlarında görüşlər keçirmək məqsədilə edilən hər bir səfər zamanı qanunsuz rejimin "rəhbərliyinə" qarşı analoji addımlar ata bilər".

P.Teys təəssüflə qeyd edib ki, bu günə qədər bu məsələ həll edilməmiş qalır və bəzi beynəlxalq aktorlar və ABŞ hökumət rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə qarşı tətbiq edilən ikili standartların nümunəsidir.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti