...

Prezident İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib

Siyasət Materials 26 Mart 2018 16:16 (UTC +04:00)
Prezident İlham Əliyev Banqladeş Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Banqladeş Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti