...

MSK prezident seçkilərində veb-kameralardan istifadəni təsdiq edib

Siyasət Materials 30 Mart 2018 16:27 (UTC +04:00)
2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə veb-kameraların tətbiqinə başlanılıb.
MSK prezident seçkilərində veb-kameralardan istifadəni təsdiq edib

Bakı. Elçin Mehdiyev - Trend:

6 seçki dairəsi istisna olmaqla qalan 119 seçki dairəsi kameralarla əhatə olunub.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə veb-kameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə veb-kameraların tətbiqinə başlanıldığını xatırladan MSK rəsmisinin sözlərinə görə, hələ də bir sıra ölkələr seçkilərdə veb-kamera ilə müşahidə aparılmasına icazə vermir.

N.Məmmədov qeyd edib ki, veb-kameralar 20 faiz seçki məntəqələrində birbaşa izləmə imkanları yaradır. Ümumilikdə min seçki məntəqəsində kameralar quraşdırıldığını diqqətə çatdıran N.Məmmədov vurğulayıb ki, bu, seçkilərdə müşahidə aparan qurumların işini xeyli asanlaşdırır: “Min mətəqədə müşahidə aparmaq üçün gərək müşahidə aparan qurumun ən azı min əməkdaşı olsun, lakin veb-kameralar bu işi xeyli yüngülləşdirir”.

MSK sədrinin müavininin sözlərinə görə, veb-kameraların digər müsbət tərəfi odur ki, seçkilərlə bağlı şikayət və müraciətlər bu qurğular vasitəsilə araşdırılır, onlardan əldə olunan görüntülər məhkəmə baxışına da təqdim edilə bilir.

Daha sonra seçkilərdə veb-kameraların istifadə edilməsi məsələsi səsə qoyulub və MSK üzvləri tərəfindən təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti