...

Aİ nümayəndəsi: Avropa İttifaqı işğal edilmiş ərazilərdən heç bir məhsul idxal etmir

Siyasət Materials 8 May 2018 11:51 (UTC +04:00)
“Avropa İttifaqı işğal edilmiş ərazilərdən heç bir məhsul və xidmət idxal etmir, çünki biz bu əraziləri müstəqil ölkə kimi tanımırıq”.
Aİ nümayəndəsi: Avropa İttifaqı işğal edilmiş ərazilərdən heç bir məhsul idxal etmir

Bakı. İlhamə İsabalayeva – Trend:

“Avropa İttifaqı işğal edilmiş ərazilərdən heç bir məhsul və xidmət idxal etmir, çünki biz bu əraziləri müstəqil ölkə kimi tanımırıq”.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maraqos deyib.

O qeyd edib ki, əsas problem mənşə ölkələrinin adından istifadə ilə bağlıdır:

“Avropa İttifaqının Baş direktorluğu bununla əlaqədar olaraq ölkələrə müvafiq bildirişlər göndərib və onların nəzərinə çatdırıb ki, bu məsələyə diqqətlərini gücləndirsinlər. Düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standartlar tətbiq edilir. Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət idxal etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti