...

Azərbaycan Cənubi Koreya ilə bütün sahələrdə əməkdaşlığı möhkəmləndirir - səfir

Siyasət Materials 28 May 2018 19:30 (UTC +04:00)
Azərbaycan Cənubi Koreya ilə bütün sahələrdə əməkdaşlığı gücləndirir.
Azərbaycan Cənubi Koreya ilə bütün sahələrdə əməkdaşlığı möhkəmləndirir - səfir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Cənubi Koreya ilə bütün sahələrdə əməkdaşlığı gücləndirir. The Korea Herald qəzeti xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov Azərbaycan səfirliyi tərəfindən təşkil olunmuş Azərbaycan Xalq Cümhurriyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş tədbirdə söyləyib.

Diplomat, Azərbaycan Xalq Cümhurriyətinin 28 may 1918-ci ildə elan olunması tarixi hadisə idi və Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib.

"1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan enerji və nəqliyyat sahələrində mega-layihələrin həyata keçirilməsi vasitəsilə müxtəlif sahələrdə əhəmiyyətli artım əldə etmişdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, nəqliyyat, logistika, turizm və kənd təsərrüfatı sahələrində öz potensialını gücləndirir", deyə Teymurov bildirib.

Koreya Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə səfiri Mun Duk-xo öz növbəsində iki ölkə arasında iqtisadi, enerji və infrastruktur sahələrində sıx əməkdəşlığın olduğunu vurğulayıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti