...

Baronessa Nikolson: Neft-qaz sahəsi Böyük Britaniya və Azərbaycan arasında kommersiya münasibətlərində əsas hissə olaraq qalır (YENİLƏNİB)

Siyasət Materials 29 May 2018 10:34 (UTC +04:00)
Neft-qaz sahəsi Böyük Britaniya və Azərbaycan arasında kommersiya münasibətlərində əsas hissə olaraq qalır.
Baronessa Nikolson: Neft-qaz sahəsi Böyük Britaniya və Azərbaycan arasında kommersiya münasibətlərində əsas hissə olaraq qalır (YENİLƏNİB)

Bakı. Trend:

Neft-qaz sahəsi Böyük Britaniya və Azərbaycan arasında kommersiya münasibətlərində əsas hissə olaraq qalır.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi, baronessa Emma Nikolson Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılış mərasimində deyib.

E.Nikolson qeyd edib ki, neft-qaz sahəsi Böyük Britaniya ilə Azərbaycan arasında kommersiya münasibətlərinin də əsasını təşkil edir:

“Biz birinci Xəzər neft və qaz sərgisinin keçirilməsindən sonra birlikdə çox iş görmüşük və bu il enerji əməkdaşlığımızın daha bir səhifəsini başa çatdırırıq. BP-nin “Şahdəniz 2” platformasından birinci qaz “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə gedəcək. Bu, Avropada enerji təhlükəsizliyinin nail olunmasına yönəlmiş vacib addımdır. Biz birlikdə gələcəyə yönəlmiş uğurlu tərəfdaşlıq yaratmışıq”.

O həmçinin bildirib ki, Londonda BP və SOCAR arasında son sazişin imzalanması zamanı iştirak edib:

“Daha dərin əməkdaşlıq təkcə bu iki ölkəyə yox, həm də digər tərəfdaşlara iqtisadi səmərə gətirəcək. Bu, əyani olaraq Böyük Britaniyanın artmaqda olan ikitərəfli kommersiya tərəfdaşlığına verdiyi önəmi əks etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti