...

Aİ Azərbaycanla yeni əməkdaşlıq sazişinin bağlanması üçün yaxın zamanlarda bütün lazımi şərtlərin olacağına ümid edir

Siyasət Materials 2 İyun 2018 15:06 (UTC +04:00)
Tərəfdaşlıq haqqında yeni saziş Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq bazasını yeniləyəcək.
Aİ Azərbaycanla yeni əməkdaşlıq sazişinin bağlanması üçün yaxın zamanlarda bütün lazımi şərtlərin olacağına ümid edir

Bakı. Əli Mustafayev - Trend:

Tərəfdaşlıq haqqında yeni saziş Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq bazasını yeniləyəcək.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Diplomatın sözlərinə görə, yeni sazişin əsas məqsədlərindən biri son iki onillik ərzində dünyada baş vermiş qlobal dəyişikliklərin yenidən qiymətləndirilməsi və bu əməkdaşlığın yeni şərtlərə uyğunlaşmasıdır.

K.Yankauskas vurğulayıb ki, yeni saziş ikitərəfli əməkdaşlığın bütün sahələrini, o cümlədən nəqliyyat, energetika və kənd təsərrüfatı sahələrini əhatə edəcək və əlavə edib ki, tərəflər saziş üzərində işləyərkən təkcə bugünkü vəziyyətə yox, həm də proqnozlaşdıra bildikləri gələcək vəziyyətə əsaslanırlar:

“Biz üç istiqamətdə danışıqlar aparırıq – siyasət və təhlükəsizlik, sahələr üzrə əməkdaşlıq, ticarət. Bakıda və Brüsseldə işgüzar görüşlər demək olar ki, iki aydan bir keçirilir. Bu həftə Aİ-nin siyasət və təhlükəsizlik üzrə nümayəndəsinin Azərbaycana ikigünlük səfəri baş tutdu. Səfər zamanı Azərbaycan tərəfi ilə danışıqlar keçirildi. Ümid edirəm ki, yaxın zamanlarda yeni sazişin imzalanması üçün bütün lazımi şərtlər olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti