...

Tahir Kərimli: Mingəçevirdəki qəza ilə bağlı təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq

Siyasət Materials 6 İyul 2018 13:07 (UTC +04:00)
Prezident İlham Əliyevin elektrik enerjisi ilə bağlı keçirdiyi sonuncu müşavirə dərin təssüratlar yaratdı.
Tahir Kərimli: Mingəçevirdəki qəza ilə bağlı təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin elektrik enerjisi ilə bağlı keçirdiyi sonuncu müşavirə dərin təssüratlar yaratdı.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bu proses ölkə başçısının proseslərə ciddi yanaşmasından xəbər verir: "Cənab prezident məsələyə olduqca ciddi münasibət bəslədi. Mingəçevirdə qəza baş verməsi və nəticədə bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi dövlət başçısını ciddi narahat etdi. Bu proses neft sektorunun işində ləngimə yaratdı, xəstəxanalarda xəstələr, metrolarda sərnişinlər həyəcan yaşadı. Bu məsələ o qədər ciddi oldu ki, dövlət başçısı məmurlarla sərt danışdı. Müşavirədə o da üzə çıxdı ki, bu işdə səhlənkarlıqlar da olub".

T.Kərimli bildirib ki, məsələnin araşdırılması üçün yaradılmış komissiya bu istiqamətdə ciddi iş aparır: "Bu işdə hamı Prezident İlham Əliyevin qəti mövqeyini gördü. Düşünürəm ki, bu ciddi bir məsələdir. Cənab Prezident təqsirkar şəxslərin tapılaraq cəzalandırılması məsələsini qoydu. Bununla bağlı həm inzibati, həm də cinayət işi başlanıb. Bu işdə təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq. Çünki, bu hadisə həm dövlətə maddi ziyan vurub, həm də xalqa maddi və mənəvi ziyan vurub. Bu həm də dövlətə qarşı bir hadisə kimi də qiymətləndirilə bilər. Ölkənin bütün enerji sisteminin sıradan çıxması çox ciddi məsələdir. Bu müşavirə çoxlarına dərs oldu".

Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti