...

Aydın Mirzəzadə: Prezidentin keçirdiyi müşavirə qısa zamanda öz nəticəsini verəcək

Siyasət Materials 8 İyul 2018 10:15 (UTC +04:00)
Prezident İlham Əliyevin Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı operativ müşavirə keçirməsi onu göstərir ki, dövlət və dövlət başçısı cəmiyyətin bütün məsələlərini diqqətdə saxlayır və hadisələrə operativ reaksiya verir.
Aydın Mirzəzadə: Prezidentin keçirdiyi müşavirə qısa zamanda öz nəticəsini verəcək

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı operativ müşavirə keçirməsi onu göstərir ki, dövlət və dövlət başçısı cəmiyyətin bütün məsələlərini diqqətdə saxlayır və hadisələrə operativ reaksiya verir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ölkənin elektrik enerjisinin kəsilməsi cəmiyyətin ağrılı yerinə çevrilir: "Ancaq dövlət öz daxili resursları hesabına qısa müddətdə problemi həll etdi. Müşavirədə ilk növbədə bunu yaradan səbəblər araşdırıldı. Son 15 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Bu, Azərbaycanda hər bir mənzil və hər bir obyektin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün maksimum şərait yaradıb. Ancaq bu sahədə olan boşluqlar və perspektivlə işləməmək sonda 3 iyul hadisəsinə gətirib çıxardı. Cənab Prezidentin bu sahəyə məsul olan şəxsləri sərt tənqidə məruz qoyması, həmçinin problemlərin həlli üçün çox ciddi addımların atılmasını tələb etməsi bir daha göstərdi ki, Prezidentin əsas siyasəti vətəndaşının qayğısı və onun problemsiz yaşamasıdır. Bu baxımdan Prezident həmin gün insanların əziyyət çəkməsini məmurlara nümunə göstərdi.

Hesab edirəm ki, Prezidentin keçirdiyi müşavirə qısa zamanda öz nəticəsini verəcək. Müşavirənin ən önəmli məsələsi həmin ağır şəraitdə dövlətə dəstək durması və anlaqlı addım atmasına görə Azərbaycan vətəndaşlarına təşəkkür etməsi oldu. Bu bir daha onu sübut etdi ki, dövlətlə xalq birdir, cəmiyyət hakimiyyəti dəstəkləyir".

Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti