...

Lavrov: Ermənistanda siyasi vəziyyət sabitləşənədək Qarabağ məsələsi ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun

Siyasət Materials 2 Noyabr 2018 14:18 (UTC +04:00)
Ermənistanda siyasi vəziyyət sabitləşənədək Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun
Lavrov: Ermənistanda siyasi vəziyyət sabitləşənədək Qarabağ məsələsi ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun

Bakı. Trend:

Ermənistanda siyasi vəziyyət sabitləşənədək Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun.

Trend-in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan arasında Düşənbədə keçirilmiş söhbət zamanı əldə edilmiş razılaşma ondan ibarət idi ki, əlaqələri davam etdirmək lazımdır, xarici işlər nazirləri görüşləri davam etdirəcəklər və Ermənistanla Azərbaycan ATƏT Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır. Biz bu razılaşmanı alqışlayırıq”.

S.Lavrov əlavə edib: “Hələ ki, daxili siyasi proseslər başa çatmayıb, çətin ki, bu böhrandan çıxış üşün konkret variantlar nəzərdən keçirilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti