Əli Əhmədov: İslahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır

Əli Əhmədov: İslahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib.

Trend-in məlumatına görə, Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov və müşavirə iştirakçıları əvvəlcə Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Ə.Əhmədovun rəhbərliyi ilə keçirilən müşavirədə Milli Məclisin deputatlarından Azər Kərimli, Yaqub Mahmudov, Fəttah Heydərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Nəsib Məhəməliyev, Əli Məsimli, Cavanşir Feyziyev, Elşən Musayev, partiyanın rayon təşkilatının sədrləri, Şəki rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müşavirədə giriş sözü ilə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayonda sosial sahə ilə bağlı görülən işlər haqqında məlumat verib.

Müşavirədə çıxış edən Baş nazirin müavini Ə.Əhmədov bildirib ki, bir il bundan öncə xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verərək ona 2025-ci ilə qədər Azərbaycan Prezidenti vəzifəsini həyata keçirməyi həvalə etdi: "Xalqımız bu addımla yenidən Ulu Öndər Heydər Əliyev siyasətinin davam etməsinə öz razılığını bildirdi. Beləliklə, 2018-ci ildə keçirilən seçkilərdən bir il sonrakı müddət ərzində çox əhəmiyyətli, həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verib. Bu dəyişikliklər içərisində xüsusi diqqəti cəlb edən məsələ vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar çox əhəmiyyətli və genişmiqyaslı strategiyanın reallaşmasıdır. Prezident seçkilərindən sonra İlham Əliyevin imzaladığı ilk fərman da vətəndaşlarımızın müəyyən qisminin sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olub. Ötən bir il ərzində həyata keçirilən çoxmiqyaslı tədbirlər çərçivəsində Prezident tərəfindən sosial yönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı çox vacib sənədlər imzalanıb. Nəticə etibarilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına başlanıb".

O qeyd edib ki, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırılıb: “Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əmək haqlarında ciddi artım baş verib. Eynilə minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək. Eyni zamanda, Azərbaycan hökumətinin müəyyənləşdirdiyi və illər boyu həyata keçirdiyi müavinətlər, sosial yardımlar, güzəştlərlə əlaqədar imzalanan sərəncamlarla çox ciddi addımlar atılıb. Azərbaycanda bütün zümrədən olan vətəndaşlara verilən müavinət, təqaüd və güzəştlər əhəmiyyətli dərəcədə artıb. Elə bir zümrə yoxdur ki, dövlət tərəfindən müəyyənləşdirilən təqaüd, güzəşt və yardımlarda bu və ya digər dərəcədə artımları hiss etməsin. Beləliklə, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addım atılıb”.

Baş nazirin müavini məmnunluqla qeyd edib ki, bu addımların atılması, sosial strategiyanın daha qabarıq şəkildə reallaşması, bununla əlaqədar olaraq Prezident tərəfindən imzalanan çox vacib sənədlər iqtisadiyyatımızın inkişafı ilə bağlı olan, həyata keçirilən islahatların məntiqi nəticəsinə, yekunlarına söykənir: "İqtisadi sahədə, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır. Bunun sayəsində bu ildən etibarən sosial siyasətin daha qabarıq şəkildə həyata keçirilməsi istiqamətində addımlar atılır. Hər bir dövlətin həyata keçirdiyi funksiyalar çərçivəsində iki vəzifə fundamental məna və əhəmiyyət kəsb edir. Onlardan biri təhlükəsizliyin təmin edilməsi, ikincisi, insanların rifahının yaxşılaşdırılmasıdır. Əlbəttə, sevindirici haldır ki, Azərbaycanda Ulu Öndərin qoyduğu ənənəyə sadiqlik, əmin-amanlıq, təhlükəsizlik təmin olunur. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. İndiki halda dünyanın bir çox ölkələrində baş verən qanlı toqquşmalar, fəlakətlər, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir. Bu sərvət Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi ən böyük nemətlərdən biridir. Prezident İlham Əliyev də bu xətti, strategiyanı uğurla davam etdirir”.

Ə.Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir: "Sabitlik, təhlükəsizlik ölkənin inkişafının ən ümdə əsaslarından, ilkin şərtlərindən biridir. Təhlükəsizlik, sabitlik olmasa, hər hansı iqtisadi islahatlardan, müşahidə etdiyimiz uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz. Hesab edirəm ki, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər. Bütün bunların sayəsində Azərbaycan inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir. Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib, yeniləşib. Bu inkişaf Şəkidən də yan keçməyib. Azərbaycanın hər yerində hökm sürən inkişaf burada da özünü göstərməkdədir. Bütün bunlar daha çox insanların rahat yaşaması, layiq olduqları səviyyədə şərait və imkanların yaradılması məqsədilə baş verir. Bu mənada sabitlik, əmin-amanlıq baş verən dəyişikliklər üçün ilkin şərtdir”.

YAP-ın sədr müavini vurğulayıb ki, 2003-cü ildən prezidentlik fəaliyyətində olan İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir: “Bu istəyin həyata keçirilməsi üçün maddi bazanın yetişdirilməsi vacibdir. İqtisadiyyatı inkişaf etdirmədən, insanları işlə təmin etmədən, onların həyat səviyyəsinin yüksəldilməsi üçün lazım olan resursları qazanmadan sosial rifahın yüksəldilməsi ilə bağlı arzuları reallaşdırmaq mümkün deyil. Bu, xəyaldan başqa bir şey olmayacaq. Ona görə də 2003-cü ildən həyata keçirilən siyasətin qayəsi bu şərtləri formalaşdırmaq, bu şərtlər əsasında insanların rifah halını yaxşılaşdırmaq olub. Məhz bu şərtlər yarandığına görə artıq genişmiqyaslı sosial xarakterli islahatlar, layihələrin həyata keçirilməsinə başlanıb. Bu layihələrdən Azərbaycan vətəndaşlarının bütün təbəqələri bəhrələnir”.

İclasın davamında çıxış edən millət vəkilləri F.Heydərov, Y.Mahmudov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət haqqında fikirlərini bildiriblər.

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
Loading Bars
Xəbər lenti
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır - TƏHLİL
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir - Binəli Yıldırım
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var
Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib
Türkiyədə son sutkada koronavirusdan 25 341 nəfər sağalıb
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Bütün xəbərlər