...

Azərbaycan XİN: İşğal olunmuş ərazilərimizdə keçirilən oyunlar futbolun parodiyasından başqa bir şey deyil

Siyasət Materials 1 İyun 2019 23:06 (UTC +04:00)
Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir
Azərbaycan XİN: İşğal olunmuş ərazilərimizdə keçirilən oyunlar futbolun parodiyasından başqa bir şey deyil

Bakı. Trend:

Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən "konfederasiya"nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində "müstəqil futbol assosiasiyaları konfederasiyası"nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.

Nazirlik rəsmisi bildirib: "Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə "qarlar ölkəsi" ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti