...

Elmar Məmmədyarov Almaniyanın yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 8 İyul 2019 20:30 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib.
Elmar Məmmədyarov Almaniyanın yeni səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

V.Maniq etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti