...

Elmar Məmmədyarov İrlandiyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 26 Sentyabr 2019 00:22 (UTC +04:00)
Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb
Elmar Məmmədyarov İrlandiyanın Avropa məsələləri üzrə naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə ediblər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialı vurğulayıblar.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi apardılar və bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti