Bakı. İlhamə İsabalayeva -Trend:
Millət vəkili Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi sənəd daxil olmayıb.
Trend-in məlumatına görə, bunu MSK Katibliyinin müdiri Rövzət Qasımov deyib.
O bildirib ki, müvafiq sənəd daxil olduqdan sonra MSK buna qanunvericiliyə uyğun reaksiya verəcək və lazımi qərarları qəbul edəcək.
Qeyd edək ki, R.Cəbrayılov deputat mandatından məhrum edilməsi ilə bağlı MM-ə müraciət edib.