Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub.

Trend-in məlumatına görə, “Kaspi” təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib.

“Sanki bir alovsan” şeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” yayınları brendi ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə işıq üzü görən bu nəşrlər türk dünyasının görkəmli yazıçı və şairlərinin əsərlərini təqdim edir.

Qeyd edək ki, indiyədək Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Daşkənddə özbəkcə, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, şairənin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və digər şeirləri təkcə yuxarıda adları çəkilən kitablarda yox, həm də müxtəlif ölkələrdə zaman-zaman dərc olunan ədəbiyyat jurnalları və qəzetlərində poeziyasevərlərə təqdim edilib.

Ankarada nəşr olunan “Sanki bir alovsan” nəşrinin redaktoru AzərTac-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər doktoru Sabir Şahtaxtıdır. Şeirlər tanınmış tərcüməçi, yazıçı Mətin Yıldırım tərəfindən Anadolu türkcəsinə uyğunlaşdırılıb.

“Sanki bir alovsan” şeirlər toplusunun ön sözündə oxuyuruq: “Leyla xanım həm rəsm, həm də şeir yaradıcılığında təbiət hadisələri ilə bağlı həssas hisslər nümayiş etdirir, özünün həyata real baxışlarıyla zəngin təxəyyülü arasında həzin bir harmoniya yarada bilir. Şairənin seçdiyi həssas mövzular və nümayiş etdirdiyi bədii təxəyyül oxucunu hədsiz duyğulandırır.”

“Türk poeziyasında yeni bir ruh” sərlövhəli ön sözdə Leyla xanımın poeziya yaradıcılığı ilə dünya şöhrətli nasirlərin bədii əsərlərində rast gəlinən maraqlı ifadə oxşarlıqları müqayisəli şəkildə diqqətə çatdırılır. Məsələn, “Zaman” adlı şeirində şairə zamanın sürətli axarı barədə düşüncələrini cilalanmış ifadələrlə, incə çalarlarla təsvir edə bilib. Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyn məşhur “Çərpələng uçuran” əsərində zamanın sürətli axarından gileylənərək yazır: “Kaş ki, zamanı durdura bilərdim”. Leyla Əliyeva isə zamanın çay kimi dayanmadan axmasından, həyatın sürətlə dəyişməsindən narahatlığını belə ifadə edir:

Zaman, ayaq saxla, dayan bir anlıq,

Dayan, gözlə məni, sözümü dinlə.

Hara tələsirsən? Gizlətmə danış,

Bölərəm sirrimi mən də səninlə.

Ürək, zaman, sevgi, gözəllik və digər mövzularda yazdığı şeirlər müəllifi poeziya səltənətinin axarına qoşaraq sonsuzluğa doğru aparır. Leyla xanım öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdırır. Misralardakı səmimiyyət sanki sapa düzülərək bir-birinə yol açır, özündən sonrakı ifadənin yoluna işıq tutur, nur ələyir. “Bakı” şeirində olduğu kimi:

Qərib ölkələrdə xatırlayarkən,
Olur ki, tökürəm göz yaşı səssiz.
Səni dərk etmədən, heyran qalıram...

Əgər dərk etsəm mən, dözmərəm sənsiz.

Ümumiyyətlə, Leyla xanımın toxunduğu bütün mövzular oxucunu duyğulandırır. O, poetik ustalıqla dünyaya boylanaraq, bütün qitələri, meşələri, dağları, çayları dolaşaraq istədiyini axtarır, hiss və duyğularını məharətlə ifadə edərək oxucularla səmimi ünsiyyət yaradır. İdeallıq, təmizlik, paklıq axtarışı Leyla xanımın poeziya yolunda işıqlı bir xətdir və onun bütün yaradıcılığında aydın görünür.

“Sanki bir alovsan” Leyla Əliyevanın indiyədək ən çox şeirinin toplandığı kitabdır. Heç şübhəsiz ki, şairənin türk ictimaiyyətinə ilk dəfə təqdim olunan şeirlər toplusu qardaş ölkədə həm poeziyasevərlərin, həm də bəstəkar və qiraətçilərin diqqətini cəlb edəcək.

Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Karateçilərimiz Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar
Karateçilərimiz Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar
“Liverpul” “Vest Ham” komandasını məğlub etdi
“Liverpul” “Vest Ham” komandasını məğlub etdi
Loading Bars
Xəbər lenti
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
MSK parlament seçkilərinə yekun vurulması və protokolların Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Su Çərşənbəsi münasibəti ilə bu həftə ərzində əməkhaqqı layihəsinə qoşulanlara 20% endirim (VİDEO)
Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir (FOTO)
Sabahın hava proqnozu açıqlandı
XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir
Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat
Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq
Mağazalardan dəfələrlə oğurluqlar edən şəxs saxlanıldı
“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi
İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb
Naxçıvan Ali Məclisinə yeni komitə sədrləri və üzvləri seçildi - SİYAHI
Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb
İlahiyyat İnstitutunun heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib (FOTO)
"Yelo Bank" yeni konseptdə daha bir filialın açılması üçün tender keçirir
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
Bank Respublika əmanətlər üzrə +1% BONUS təklif edir
Bakı-Sumqayıt yolunda gərgin anlar yaşandı - Maşın havada qaldı (FOTO)
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub (FOTO)
Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur (ÖZƏL)
“Xocalı - şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib (FOTO)
AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış (FOTO)
Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb (FOTO)
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir
Azərbaycan Universitetində “Xocalı – zülmət bir gecə” filminin təqdimatı olub (FOTO)
İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi
Səhiyyə Nazirliyi: Azərbaycanda epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimat var
Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək
Azərbaycanın şəhid əsgəri dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib (FOTO)
Biləsuvarda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
Xocalı soyqırımı qurbanları Krasnoyarskda anılıb
Azərbaycan nefti ucuzlaşır
Bakıda dəhşət: Fəhlə "KamAz"ın altında qalıb öldü
20 yanvar faciəsinin təqsirkarlarından biri öldü
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub (FOTO)
Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb
Türkiyə və Azərbaycanın səhiyyə nazirləri koronavirusa qarşı tədbirləri müzakirə edib
Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq (VİDEO)
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib
Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib (FOTO)
Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi (FOTO)
İki evdən oğurluq edən şəxs saxlanıldı
Karateçilərimiz Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar
Xırdalanın elektrik təchizatında fasilələr yaranacaq
Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
“İçərişəhər” və Roma meriyası abidələrin mühafizəsi sahəsində birgə fəaliyyət göstərəcəklər
Atəşkəs snayper tüfəngləri ilə 27 dəfə pozuldu
Azərbaycanda məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına başlanılıb
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)
Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Bakıda polisi qardaşı qətlə yetirdi
Rusiyalı ekspert: Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir
Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq
Bütün xəbərlər