İşğal altındakı irsimiz yox edilir: Nə etməli?

İşğal altındakı irsimiz yox edilir: Nə etməli?

Bakı. Trend:

Azərbaycan torpaqlarının işğal olunmasından sonra Ermənistanın əsas hədəfi işğalın leqallaşdırılması oldu. Bunun üçün işğalçı dövlət ona dəstək verən xarici qüvvələrlə birlikdə iki istiqamətdə fəaliyyətini yoğunlaşdırdı; tarixi Azərbaycan torpaqlarının erməniləşdirilməsi və bu mümkün olmayanda isə özgəninləşdirilməsi. Azərbaycan torpaqlarının erməniləşdirilməsi üçün bir tərəfdən Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlarda daha əvvəl ermənilərin yaşamadığı bölgələrə ermənilərin yerləşdirilməsi, digər tərəfdən isə tarixi Azərbaycan torpaqlarında yer adlarının erməniləşdirməsi siyasəti həyata keçirildi.

Ermənistan eyni zamanda erməniləşdirə bilmədiyi tarixi əsərləri özgəninləşdirilməsi fəaliyyəti ilə regiondan Azərbaycan izlərini silməyə çalışır. Azərbaycan dini işlər üzrə dövlət komitəsindən verilən məlumata əsasən işğal altındakı Azərbaycan torpaqlarında tarixi-dini abidə sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu tarixi dini abidələrin ən önəmlilərindən biri də Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərindəki tarixi “Yuxarı Gövhər ağa” məscididir. 14 oktyabr tarixində işğalçı rejim bu məscidi “bərpa” edərək açılış mərasimini həyata keçirdi. Ermənistan mətbuatı bu açılışı “tarixi Fars məscidi” bərpa olunaraq dünya ictimaiyyətinə təqdim olundu”, təqdim etdi. “Yuxarı Gövhər ağa” məscidinin “bərpası layihəsi” qondarma Qarabağ hökuməti, Ermənistandakı Tarixi Şərq Mirasının Dirçəlişi Fondu və İran-Ermənistan Dostluq Assosiasiyasının maddi və mənəvi dəstəyi ilə icra olundu. Burada aparıcı rolu “Part Saman Cahan Co” şirkəti oynadı ki, şirkətin rəhbəri Ermənistanda memarlıq ixtisası üzrə ali təhsil alan İran vətəndaşı Səid Nəhəvəndidir. İran xarici işlər nazirinin mətbuat katibi bu barədə məlumatlı olmadıqlarını desə də iranlı şirkətlərin Ermənistan və işğal altındakı torpaqlarda tarixi Azərbaycan əsərlərinin “bərpa” olunmasında aktiv rol oynamağı diqqət çəkir. Məsələn, İrəvandakı Göy məscidin Azərbaycana məxsus milli memarlıq üslubu dəyişdirilərək “bərpa” olunması işi də İran şirkəti tərəfindən həyata keçirdilmişdir.

Maraqlıdır ki, Ermənistan mətbuatı “Yuxarı Gövhər ağa” məscidini fars məscidi olaraq təqdim etsə də, tarixən Dağlıq Qarabağ ərazisində farsların yaşamaması bu faktı inkar edir. Digər tərəfdən, Ermənistan mətbuatının məscidin tarixi haqqında verdiyi məlumatın özü də onun Azərbaycana aid olduğunu ortaya qoyur. Məsələn, Ermənistanın Səsi radiyosunun səhifəsidə verilən “В ШУШИ ВОССТАНОВЛЕНА ПЕРСИДСКАЯ МЕЧЕТЬ” başlıqlı məqaləni oxuyan bir oxuyucu məqalənin başlığı ilə içi haqqında əlaqəsizliyi çox rahat görə bilər.Tarixdən hamıya məlumdur ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. “Yuхarı Gövhər ağa” məscidi isə Gövhər ağa tərəfindən inşa edilmişdi.

Şuşadakı “Yuxarı Gövhər ağa” məscidinin bərpa olunması və bunun bir İranlı şirkətə verilməsinin isə bir neçə səbəbi vardır. Birincisi, bildiyimiz kimi 1987-ci ildən etibarən Ermənistanın məqsədi Azərbaycanlı izinin işğal etdiyi torpaqlardan silinərək, azərbaycanlıların tarixi torpaqlarına dönüşünə maneə olmaqdır. Digər tərəfdən, işğalçı dövlət Azərbaycan tarixi əsərlərini özgəninləşdirərək Ermənistanın guya fərqli dinlərə hörmət göstərdiyini təqdim etməyə çalışır. Çünki beynəlxalq platformada Ermənistan işğal nəticəsində monoetnik dövlətə çevrildiyi ortaya çıxmışdır. Prezident İlham Əliyevin MDB-nin Aşqabat Zirvəsi görüşündə Ermənistanda Nijdeye qoyulan heykəl haqqında dedikləri isə Ermənistanın bu məsələdə həqiqi üzünü ortaya qoyulması baxımından yeni nümunədir.

Işğalçı rejim bu məscidi özgəninləşdirmək yolu ilə “bərpa” edərək Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verən Müsəlman ölkələrin dəstəyini almağı hədəfləyir. Bildiyimiz kim İslam Əməkdaşlıq Təşkilatının işğal altındakı bölgələrdəki əsərlərin yox edilməsi haqqında qərarları mövcuddur. Digər tərəfdən, Prezident İlham Əliyev dəfələrlə İslam ölkələrinin Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin əhəmiyyətli olduğunu qeyd etmişdir. Belə ki, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, Pakistan, Ermənistanı dövlət olaraq tanımır və Səudiyyə Ərəbistanı Qarabağı işğal etdiyi üçün diplomatik əlaqələr qurmur. Bu səbəbdən Ermənistan müsəlman ölkələrinə də məscidi “bərpa” edərək mesaj vermək isdəyir. Digər tərəfdən, Ermənistan bu tarixi əsərləri özgəninləşdirmək yolu ilə “bərpa” edərək bu regiona Müsəlman turistlər xüsusən İrandan turistlər cəlb edərək maddi gəlirlərini artırmağı və bölgənin işğalını leqallaşdırmağa təmin etməyi çalışır.

Əlbəttə Ermənistanın işğal altındakı torpaqlarımızda apardığı dağıdıcı siyasətinin qarşısının alınması üçün Azərbaycan beynəlxalq və regional təşkilatlarda aktiv fəaliyyət aparır. Bunun üçün həyata keçirən diplomatik səylər bəzi hallarda fakt araşdırıcı missiyanın regiona getməsi ilə nəticələnsə də, təəssüflər olsun ki, bu sadəcə keçmiş Dağlıq Qarabağ ətrafındakı işğal altında olan 5 və ya 7 rayon ilə məhdudlaşmışdır.

ATƏT-in fakt araşdırıcı missiyası 2005 və 2010-cu illərdə hazırlanan hesabatlarında işğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin dağıdıldığını qeyd etmişdir.

Bunlara muzeylər, tarixi abidələr, mədəni və dini abidələr. 14 mart 2008-ci ildə BMT Baş Assembleyasında qəbul edilən “İşğal olunmuş Azərbaycan torpaqlarında son vəziyyət” adlı qətnamədə də Azərbaycanın mədəni varlıqlarının yox edilməsi haqqında maddələr var. İşğal olunmuş ərazilərimizdə Ermənistanın dağıdıcı fəaliyyəti fakt araşdırıcı missiyaların hesabatlarında öz əksini tapsa da, təəssüflər olsun ki, indiyə kimi qarşı tədbir alınmamışdır. Bunun nəticəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən 27 aprel 2010-cu ildə BMT Baş Katibinə məktub yazaraq Şuşada Azərbaycan tarixinə aid abidələrin dəyişdirilərək bərpa edildiyini, Ağdamda arxeoloji qazıntılar aparıldığını bildirmişdir. Məktubda Ermənistanın bu fəaliyyətlərinin 1954-cü il Hərbi konfliktlər vaxtında Mədəni Abidələrin Qorunması Haqqına Haqa Konvensiyasına, və onun 1954 və 1999 protokollarına zidd olduğu bildirilmişdir. Konvensiya və əlavə protokollar işğal edilmiş bölgədə arxeoloji qazındı aparmağı, tarixi, mədəni və elmi sübutların dağıdılmasını qadağan edir.

Göründüyü kimi Ermənistan işğal altındakı qeyri-qanuni fəaliyyətlərini davam etdirir, Azərbaycanın səylərinə və beynəlxalq hüququn bizim lehimizə olmasına baxmayaraq beynəlxalq təşkilatlar tədbir görməkdə yetərsiz qalır. Bu isə Azərbaycanın qarşısında 2 alternativ qoyur - Ya burada fəaliyyət göstərən dövlətlərlə siyasi müstəvidə məsələnin həll etmək, ya da tək tərəfli beynəlxalq hüququn Azərbaycana tanıdığı imkanlardan istifadə etmək.

Cavid Vəliyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
“Xocalı - şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib (FOTO)
“Xocalı - şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Su Çərşənbəsi münasibəti ilə bu həftə ərzində əməkhaqqı layihəsinə qoşulanlara 20% endirim (VİDEO)
Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir (FOTO)
Sabahın hava proqnozu açıqlandı
XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir
Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat
Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq
Mağazalardan dəfələrlə oğurluqlar edən şəxs saxlanıldı
“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi
İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb
Naxçıvan Ali Məclisinə yeni komitə sədrləri və üzvləri seçildi - SİYAHI
Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb
İlahiyyat İnstitutunun heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib (FOTO)
"Yelo Bank" yeni konseptdə daha bir filialın açılması üçün tender keçirir
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
Bank Respublika əmanətlər üzrə +1% BONUS təklif edir
Bakı-Sumqayıt yolunda gərgin anlar yaşandı - Maşın havada qaldı (FOTO)
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub (FOTO)
Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur (ÖZƏL)
“Xocalı - şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib (FOTO)
AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış (FOTO)
Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb (FOTO)
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir
Azərbaycan Universitetində “Xocalı – zülmət bir gecə” filminin təqdimatı olub (FOTO)
İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi
Səhiyyə Nazirliyi: Azərbaycanda epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimat var
Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək
Azərbaycanın şəhid əsgəri dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib (FOTO)
Biləsuvarda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
Xocalı soyqırımı qurbanları Krasnoyarskda anılıb
Azərbaycan nefti ucuzlaşır
Bakıda dəhşət: Fəhlə "KamAz"ın altında qalıb öldü
20 yanvar faciəsinin təqsirkarlarından biri öldü
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub (FOTO)
Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb
Türkiyə və Azərbaycanın səhiyyə nazirləri koronavirusa qarşı tədbirləri müzakirə edib
Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq (VİDEO)
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib
Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib (FOTO)
Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi (FOTO)
İki evdən oğurluq edən şəxs saxlanıldı
Karateçilərimiz Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar
Xırdalanın elektrik təchizatında fasilələr yaranacaq
Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
“İçərişəhər” və Roma meriyası abidələrin mühafizəsi sahəsində birgə fəaliyyət göstərəcəklər
Bütün xəbərlər