...

Fırıldaqlarının üstü açılan kimi Arif Hacılıgil dәrhal elan edir ki, Müsavat AKM-in onlarla heç bir әlaqәsi yoxdur - Jurnalist

Siyasət Materials 22 Noyabr 2019 16:10 (UTC +04:00)

Bakı. Trend:

Fırıldaqlarının üstü açılan kimi Arif Hacılıgil dәrhal elan edir ki, Müsavat AKM-in (Avropa koordinasiya Mərkəzi - red) onlarla heç bir әlaqәsi yoxdur.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu deyib.

Jurnalist Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlının "Facebook"da yazdığı bir şərhin "skan" formasını paylaşaraq bildirib: "Ancaq sәn demә, AKM-dә kimin sәdr olacağına da özlәri nәzarәt edirmiş. Gülağa Aslanlı özü dә boynuna alır bunu. Yazdım ki, iç üzlәrini bir daha tanıyasınız".

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti